Bakı metrosunun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli yubanma olub

SOSİAL 05 iyun 2025, 23:30
Bakı metrosunun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli yubanma olub.

Bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

"Hərəkətdə olan qatarın maşinist kabinasında qapıların işarəvermə qurğusu işə düşüb. Maşinist baxış keçirib. Hər hansı bir problem aşkarlanmayıb. Lakin növbəti mənzildə problem təkrarlanıb. Maşinist dispetçerə məlumat verməklə sərnişinləri düşürüb. Qatara sərnişinsiz olmaqla baxış keçirilib", - B.Məmmədov deyib.

Onun sözlərinə görə, baxış keçirilmə vaxtında xətdə qısamüddətli yubanma yaranması qaçılmaz olub. Lakin operativ olaraq xəttə ehtiyat qatar verilib və interval bərpa olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top