Rusiyada siqaret çəkənlər üçün cəriməni 100 dəfə artırmaq istəyiblər. Söhbət yaşayış binasının girişində siqaret çəkməkdən gedir.
Demokrat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı senator Oleq Qolov səhiyyə naziri Mixail Muraşkoya məktub göndərib.
Rəsmi məktubdan aydın olur ki, senator cərimənin 500 rubldan 50 min rubla qədər artırılmasını təklif edib.
O qeyd edib ki, yaşayış binalarının girişində siqaret çəkməyə qoyulmuş qadağaya baxmayaraq, ona riayət aşağı səviyyədə qalır və bu, çoxsaylı şikayətlərlə təsdiqlənir. Onun fikrincə, kiçik cərimələrə görə bu məsələdə effektiv nəticə əldə etmək mümkün deyil.
"Təsəvvür edin ki, valideynlər hər səhər uşaqları ilə birlikdə evdən çıxarkən tüstü basmış yerdən keçməli olur. Yaxud da təhlükəli olan tənəffüs yolu ilə keçən yoluxucu xəstəlikdən əziyyət çəkən insan oradan keçir. Bu, təkcə rahatlıq deyil, həm də sağlamlıq məsələsidir", - Qolov deyib.
O, həmçinin əlavə edib ki, təklif olunan cərimə əhəmiyyətlidir, lakin "bu, insanları öz hərəkətlərinin nəticələri barədə düşünməyə və qonşularına hörmət göstərməyə vadar edəcək təsirli bir tədbir ola bilər".