“Utancaq insanam, abır-həyam var” — Nadir Qafarzadə

ŞOU-BİZNES 06 iyun 2025, 20:56
“Bütün qadınlar kimi mən də ailə qurmaq və ana olmaq istəyirəm. Amma təəssüf ki, bu barədə məni fikrimdən soyudublar. Mənim diqqətimi çəkən biri var, ona görə də başqasının diqqəti mənə maraqlı deyil”.

Demokrat.az
Yenisabah.az-a istinadən xəbər verir ki, bu fikirləri aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı “Xəbərin var?” verilişində açıqlamasında bildirib.

Verilişdə qonaq olan müğənni Nadir Qafarzadə isə gənclərə ailə münasibətləri ilə bağlı tövsiyələr verib:

“Ailə elədir ki, biz kiməsə acıq vermək üçün toy edib ailə qurmamalıyıq. Bu həm kişilərə, həm də qadınlara aiddir. Qırmızı lent bağlayıb toy edərək kiməsə acıq verməklə qurulan münasibət ailə deyil. İnsan ailə qurmağa hazır olmalıdır. Bu zarafat deyil, xala-xala oyunu deyil, ciddi məsələdir. Çünki kişi və qadının kaprizinə görə arada uşaqlar əziyyət çəkir, travma alırlar.

Əgər bir qız, yaxud oğlan evlənməyə hazır deyilsə, camaatın uşağını bədbəxt etməməlidir. Ana-ata əziyyət çəkir. Mən iki oğul evləndirmişəm. Gəlinlərimi və ailələrini tanımamışam. Özləri seçib, çünki onlarla yaşayan mən deyiləm. Təbii ki, mən də baxmışam, məsləhət vermişəm. Amma qarışmamışam. Ana və atanın yaxşı mənada müdaxiləsi olmalıdır. Məsləhət verə bilərik, amma qarışa bilmərik.

Oğluma və gəlinimə demişəm ki, ailə qurmağa hazırsınızmı? Övladıma başqasının övladını bədbəxt edib, həyamızı, abrımızı əlimizdən almasın deyə dəfələrlə demişəm. Çoxu bəlkə də məni başqa cür tanıyır. Amma mən utancağam, abırlı insanam”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top