Çay Türk mədəniyyətinin ən çox sevilən içkilərindən biridir. Lakin çayın düzgün dəmlənməməsi onun dadının acılaşmasına səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, yaxşı çay dəmləmək üçün ilk növbədə suyun kifayət qədər qaynamasına diqqət etmək lazımdır. Çayı birbaşa dəmin üzərinə isti su tökmək əvəzinə, isti suya çay əlavə etmək tövsiyə olunur.
Çayın acılaşmasının qarşısını almaq üçün dəmləyə 1 çay qaşığı şəkər və ya 1 kubşəkər əlavə edib qarışdırmaq da üsullardan biri kimi göstərilir. Bu üsul çayın dadının daha yumşaq qalmasına kömək edə bilər.
Lakin şəkərə həssaslığı olan şəxslərin bu üsuldan istifadə edərkən diqqətli olması tövsiyə olunur.
Çayın dadını qorumağın əsas yolu isə onu düzgün temperaturda və qaydada dəmləmək, uzun müddət yüksək istilikdə saxlamamaqdır.


