YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

YouTube məktəblərə 3 milyard dollar təzminat ödəyə bilər

YouTube məktəblərə 3 milyard dollar təzminat ödəyə bilər

YouTube ABŞ-də minlərlə məktəb dairəsi ilə təxminən 3 milyard dollar məbləğində kompensasiya ödənilməsini nəzərdə tutan ilkin razılaşma əldə edib.

"Bloomberg"in danışıqlara yaxın mənbələrə istinadən yaydığı məlumata görə, videoplatforma uşaqlar və yeniyetmələr arasında asılılıq yaratmaqda, eləcə də onların psixoloji sağlamlığına mənfi təsir göstərməkdə ittiham olunur.

İddialarda YouTube-un alqoritmlərinin və platformadan istifadə mexanizmlərinin şagirdləri uzun müddət ekran qarşısında saxlamağa təşviq etdiyi vurğulanır.

İlkin razılaşmaya yeniyetmələrin zərərli məzmundan qorunması məqsədilə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi də daxildir.

Bununla belə, kompensasiya barədə razılaşma hələ hüquqi qüvvəyə minməyib. Sənədin təsdiqlənməsi üçün məktəb dairələrinin əksəriyyətinin razılığı və ABŞ məhkəməsinin qərarı tələb olunur.

Prosesin yekunlaşmasının bir neçə ay çəkəcəyi gözlənilir.

NE
Nihadə Eyyubova