Tovuzda ruhi-əsəb xəstəsi olan oğul anasını balta ilə öldürüb, bacısını isə... — YENİLƏNİB

HADİSƏ 06 iyun 2025, 20:25
Tovuzda 31 yaşlı Kainat Namazovun anası və bacısını baltalayaraq evini yandırmasının təfərrüatı məlum olub.

Ailə başçısı Elbrus Namazov uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində məsul vəzifələrdə çalışıb.

Bir müddət əvvəl E.Namazov infarktdan dünyasını dəyişib. Təxminən, 10 gün əvvəl onun 40 mərasimi keçirilib. Anadangəlmə ruhi əsəb xəstəsi olan Kainat Namazov atasının ölümünə qədər sakit təbiətli olub. Ancaq yas mərasimindən sonra aqressivləşməyə başlayıb və bir neçə dəfə evdə yersiz mübahisələr yaradıb.

İyunun 6-da günorta saatlarında K.Namazov növbəti dəfə anası Sevinc Namazova ilə mübahisə edib. Mübahisə sakitləşəndən bir saat sonra K.Namazov qəflətən həyətdəki, içərisində tezalışan maddə olan qabı götürərək evə daxil olub və mənzilə daxildən od vurub.

Anası və bacısı Kainata mane olmaq istəsələr də, alınmayıb. O, həyətdəki yarımtikilidən baltanı götürüb evə girərək yanğını söndürməyə çalışan anası və bacısına baş nahiyələrindən ardıcıl zərbələr endirib.

Evin yandığını görən qonşular hadisə yerinə gələrək K.Namazovun əlindən baltanı alıb, onu zərərsizləşdiriblər. (Oxu.az)

16:35

Tovuzda baş verən mübahisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.

Demokrat.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Kainat Namazov 1970-ci il təvəllüdlü anası Sevinc Həsənovanı qətlə yetirib, bacısı Aliyə Namazovaya isə balta ilə xəsarət yetirib.

Daha sonra evi yandırıb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər.

İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən K.Namazov ruhi xəstədir

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top