22 saylı məktəbdə kişi gözətçi xadiməyə yumruq vurub? — VİDEO

HADİSƏ 07 iyun 2025, 00:11

Məktəbdə  gözətçi ilə qadınlar arasında insidentin yaşandığı iddia olunur. Hadisə Sumqayıtda baş verib.

Demokrat.az xəbər verir ki, "Xəzər Xəbər"in vatsapp nömrəsinə şikayət edən gözətçi Ceyhun Şəfiyev ona qarşı səsləndirlən iddiaları qəbul etmir.

Onun sözlərinə görə, qardaşı Anar Şəfiyevlə birlikdə 22 nömrəli orta ümumtəhsil məktəbində gündüz və gecə növbəsində gözətçi vəzifəsində çalışırlar. Qardaşı Anar Şəfiyev 10 gün müalicə olunması üçün reabitasiya mərkəzində olub. Lakin onun əmək haqqı natamam yazılıb.

Bunu görən Anar Şəfiyev bu barədə qardaşına məlumat verib. Ardınca şəhər prokurorluğuna müraciət edib. Ceyhun Şəfiyev məktəbdə qadına zədə yetirmədiyini və sadəcə haqqını tələb etdiyini bildirib.

Məktəbdən bildirildi ki, Ceyhun Şəfiyev 14 may saat 09:15-də məktəbin xadiməsi olan qadına yumruq vurub.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyun 2025, 12:31
Top