Millimiz Latviya ilə üz-üzə gələcək

İDMAN 07 iyun 2025, 11:04
Dünya çempionatı 2026-nın seçmə mərhələsinə hazırlaşan Azərbaycanın futbol millisi bu gün yoldaşlıq oyununa çıxacaq.

Demokrat.az xəbər verir ki, Fernando Santuşun komandası Riqadakı Skonto stadionunda Latviya millisi ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Oyunu Malta Futbol Federasiyasından Farruca Kan Trastinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, hazırda Latviya millisi FİFA-nın reytinq cədvəlində 138-ci yeri tutur. Azərbaycan komandası isə bugünkü rəqibindən 19 pillə öndə - 119-cu yerdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyun 2025, 21:02
07 iyun 2025, 19:40
Top