PSJ-nin sabiq futbolçusu rəsmən "Neftçi"də

İDMAN 05 iyun 2025, 13:39
"Neftçi” yeni mövsüm üçün ilk futbolçu transferini rəsmiləşdirib.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda "ağ-qaralar" keçib.

29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, tam adı Sessi Oktave Emile D Almeida olan yarımmüdafiəçi Bordoda dünyaya gəlib. Futbolda ilk addımlarını da şəhərin eyniadlı komandasında atıb. "Bordo"nun əsas heyətində üç matça çıxan D Almeyda 2015-ci ildə PSJ-yə transfer olunsa da, burada möhkəmlənə bilməyib.

Daha sonra "Börnli", "Blekpul", "Yeovil" (hamısı İngiltərə), "Valensienn" (Fransa), "Tondela" (Portuqaliya), "Pau FC" (Fransa) kimi komandalarda çıxış edib. 29 yaşlı futbolçunun son klubu "Apollon Limassol" olub.

Həm Fransa, həm də Benin pasportuna malik olan futbolçu 2015-ci ildən Afrika təmsilçisinin yığmasında çıxış edir. O, Benin millisində 34 matçda bir qol vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top