Gündoğan "Qalatasaray"dan bu qədər maaş istəyir

İDMAN 05 iyun 2025, 13:06
Xəbər verdiyimiz kimi, İlkay Gündoğanın transferi üçün "Qalatasaray"ın çalışmaları davam edir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz futbolçunun maaş danışıqları ilə bağlı yeni iddia ortaya atılıb. 

Gündoğanın 8 milyon avro maaş istədiyi, "Qalatasaray"ın isə bu rəqəmi 6 milyon avroya endirməyi düşündüyü bildirilib.

Qeyd edilir ki, 34 yaşlı İlkay Gündoğan ötən mövsüm "Mançester Siti"nin heyətində 50 oyunda 3 qol  və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top