Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

SOSİAL 06 iyun 2025, 20:16
ADY Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.  5 iyunda Bakı–Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb.

Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.  Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top