Məmurun kürəkəni sükan arxasında HƏYATINI İTİRDİ

HADİSƏ 06 iyun 2025, 22:54
Ucarda sürücü sükan arxasında ölüb. Onun vəzifəli şəxsin kürəkəni olduğu deyilir.

Demokrat.az
 “Unikal”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Müsüslü yol dairəsi ərazisində qeydə alınıb.

Belə ki, “Kia” markalı minik avtomobilinin 1982-ci il təvəllüdlü sürücüsü Surxay Kərəm oğlu Nəcəfov sükan arxasında keçinib.

Qeyd edək ki, ölən şəxsin Gəncə şəhərində çalışan məmurun kürəkəni olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyun 2025, 12:31
Top