Aliment ödəməyən şəxslər 3 il həbs oluna bilər — AÇIQLAMA

SOSİAL 05 iyun 2025, 17:00
"Məhkəmədə qətnamə qanunu qüvvəyə minəndən sonra icraya yönəlir. İcranın könüllü 10 günlük müddəti olur. İcra müddəti bitdikdən sonra ya könüllü icra olunmalı və ya məcburi icraya yönələrək şəxsdən aliment tutulur. Müddətdə limit yoxdur. Bir müddət aliment ödənmirsə, şəxs inzibati cəriməyə (500-1000 manatadək) və ya 1 il müddətində inzibati həbsə tabe tutulur".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib. 



"Alimenti ödəməyən şəxs il  ərzində bir dəfə belə məsuliyyətə cəlb olunur. Ödəniş edilmədikdə cərimənin məbləği də, inzibati həbs müddəti də artır. Bu da kifayət etmədikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. Cinayət Məcəlləsinin 306-cı maddəsində qeyd edilir ki, məhkəmə qərarı qərəzli şəkildə icra edilmədikdə ən son 3 il müddətində həbs oluna bilər. Həbs müddətindən sonra  ödəniş edilmədikdə həmin şəxs yenidən inzibati məsuliyyətə cəlb olunur".

Qeyd edək ki, ölkəmizdə 39.000 manat aliment borcunu ödəməyən şəxs həbs edilib. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top