Sosial Özəl

Aliment ödəməyən şəxslər 3 il həbs oluna bilər — AÇIQLAMA

Aliment ödəməyən şəxslər 3 il həbs oluna bilər — AÇIQLAMA

"Məhkəmədə qətnamə qanunu qüvvəyə minəndən sonra icraya yönəlir. İcranın könüllü 10 günlük müddəti olur. İcra müddəti bitdikdən sonra ya könüllü icra olunmalı və ya məcburi icraya yönələrək şəxsdən aliment tutulur. Müddətdə limit yoxdur. Bir müddət aliment ödənmirsə, şəxs inzibati cəriməyə (500-1000 manatadək) və ya 1 il müddətində inzibati həbsə tabe tutulur".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib.

Aliment ödəməyən şəxslər 3 il həbs oluna bilər — AÇIQLAMA

"Alimenti ödəməyən şəxs il ərzində bir dəfə belə məsuliyyətə cəlb olunur. Ödəniş edilmədikdə cərimənin məbləği də, inzibati həbs müddəti də artır. Bu da kifayət etmədikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. Cinayət Məcəlləsinin 306-cı maddəsində qeyd edilir ki, məhkəmə qərarı qərəzli şəkildə icra edilmədikdə ən son 3 il müddətində həbs oluna bilər. Həbs müddətindən sonra ödəniş edilmədikdə həmin şəxs yenidən inzibati məsuliyyətə cəlb olunur".

Qeyd edək ki, ölkəmizdə 39.000 manat aliment borcunu ödəməyən şəxs həbs edilib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova