İyunun 4-də ADA Universitetində "Ümumdünya Qida Təhlükəsizliyi Günü Konfransı - elm fəaliyyətdədir" adlı konfrans keçirilir.
Demokrat.az xəbər verir ki, hər il iyunun 7-də qeyd olunan Ümumdünya Qida Təhlükəsizliyi Günü qida mənşəli risklərin qarşısının alınması, aşkarlanması və idarə olunması ilə bağlı maarifləndirməni təşviq etmək və tədbirlər görmək üçün beynəlxalq platforma rolunu oynayır. İyunun 4-də Azərbaycanda qeyd olunan bu gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilir və “Elm fəaliyyətdədir” ideyasını ehtiva etdirir.
Bu ilin mövzusu qida təhlükəsizliyi sistemlərinin gücləndirilməsində elmə əsaslanan siyasətin, təhsilin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulamaq, həmçinin laborator tədqiqatlardan innovativ texnologiyalara qədər elmi inkişafın dayanıqlı qida təhlükəsizliyi sistemlərinin qurulmasına necə töhfə verdiyini önə çıxarmaqdır.
Konfransda insan, heyvan, bitki və ətraf mühit sağlamlığının bir-biri ilə əlaqəsini əks etdirən "Vahid sağlamlıq" yanaşması çərçivəsində beynəlxalq təşkilatlar, dövlət qurumları, elm və təhsil ocaqları, habelə, beynəlxalq mütəxəssislər iştirak edir.