Sumqayıt şəhərində 1968-ci il təvəllüdlü Hikmət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Elçinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrında baş verib. Ağdam rayon sakini Hikmət həmin gün saat 10:00-da Elçin ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu vuraraq müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Hikmətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hikmət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 16-da Elçin ondan borca pul alıb və vaxtında geri qaytarmayıb: “Mən kirayədə qaldığıma görə kirayə pulun verə bilməmişəm və danışdıqdan sonra Elçin yanıma gəldi. Aramızda söz söhbət düşdü. Bu zaman əsəbləşərək Elçinin üz nahiyəsindən bir dəfə yumruqla vurmuşam. Bundan sonra biz aralanaraq getdik”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Elçinin sözlərinə görə, Hikmətdən borca pul alıb və 15-20 gün müddətinə qaytaracağını bildirib: “Lakin imkanım olmadığına görə pulu geri qaytara bilmədim. Hikmət məndən pulunu tələb etməyə davam etdi. Mən Hikmətlə görüşdüm və həmin vaxt aramızda mübahisə düşdü. Hikmət yumruqla sifət nahiyəmdən vurdu. Mən kənara çəkilərək ayrıldım”.
Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, zərərçəkmişlə təqsirləndirilən şəxs barışıb, zərərçəkmiş şəxs ondan şikayəti deyil.
Hakim hökm çıxaran zaman bu halı nəzərə alıb. Bu səbəbdən Hikmətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az