Kür çayında suyun səviyyəsində ciddi artım müşahidə olunur.
Xüsusilə, çayın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Son günlər ölkə ərazisində yağan intensiv və fasiləsiz yağışların Kür çayının su səviyyəsinə də təsir etdiyi bildirilir.
Məlumata görə, hazırda yaranmış vəziyyət çay sahili boyunca yerləşən yaşayış məntəqələri üçün birbaşa təhlükə yaratmır. (oxu.az)


