Ələt–Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə zamanı idarəetmədən çıxan "Hyundai Avante" markalı minik avtomobili yolun kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ağayeva Almagül Həsənağa qızı və Biləsuvar rayon sakini, 1981-ci il təvəllüdlü Ağayeva Nailə Böyükağa qızı xəsarət alıblar.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, xəsarət alan şəxslər ana və qızıdır.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.(bizim.media)


