Cəlilabadın Sərhədabad kəndində noxud əkini ilə məşğul olan fermerlər məhsul itkisi ilə üz-üzə qalıblar.
Hektarlarla sahələr yanaraq məhv olub.
Fermer Tahir Əhmədovun sözlərinə görə, iki hektar sahəsi aqrotexniki qaydalara uyğun şəkildə qulluq göstərməsinə baxmayaraq, yanaraq kül olub:
"İki hektar noxud sahəsi əkmişdim. Sahə vaxtında şumlanmışdı, dərmanlamalar da düzgün aparılmışdı. Nə qədər dava-dərman etdik, heç bir faydası olmadı. Nəticədə, bütün məhsul yanıb kül oldu. Bu vəziyyətdə tək mən deyiləm, kənddə demək olar ki, bütün noxud sahələri yanıb".
Ətraflı Baku TV-nin süjetində: