Sumqayıtda 35 yaşlı kişi arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 03 iyun 2025, 21:42
Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Ceyhun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Südabəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev  qəsəbəsində baş verib. 

Ceyhun həmin qəsəbədə yerləşən yaşadığı fərdi yaşayış evində həyat yoldaşı, 1999-cu il təvəllüdlü Südabə ilə mübahisə edib. Mübahisə zamanı yumruqla başına və burun nahiyyəsinə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, zərərçəkmişlə təqsirləndirilən şəxs barışıb, zərərçəkmiş şəxs ondan şikayəti deyil. 

Hakim hökm çıxaran zaman bu halı nəzərə alıb. Bu səbəbdən Ceyhunun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top