Kişi bu səbəbdən arvadına xəsarət yetirdi

KRİMİNAL 02 iyun 2025, 15:11
Bakının Xəzər rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsi, H.Cavid küçəsində baş verib. 

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Musa fərdi yaşayış evində həyat yoldaşı Mətanətə (adlar şərtidir – red.) xəsarətlər yetirib. 

Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Mətanət onun həyat yoldaşıdır: “Biz 2024-cü ildə ailə həyatı qurmuşuq və bir oğlan övladımız var. Məlum hadisə günü
yaşadığımız evdə aramızda mübahisə yarandı. Yaranan mübahisə zamanı saat 13 radələrində həyat yoldaşımı sacından tutdum, sifətinin sol nahiyyəsindən qəsdən dişlədim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Mətanətin sözlərinə görə, yaşadıqları evdə olduqları zaman həyat yoldaşının mobil telefonda başqa xanımlarla yazışmalarını gördüyü ücün aralarında mübahisə yaranıb: “Aramızda yaranan mübahisə zamanı Musa sacımdan tutaraq yoldu, qəsdən yerə vuraraq xəsarət yetirdi. Sonra yerdə məni sürüdü və sifətimin sol tərəfindən dişləyərək mənə bədən xəsarətləri yetirdi”. 

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Musa 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 

Təqsirləndirilən şəxsə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top