
Sərnişinlər sükan arxasında siqaret çəkən sürcücü ilə bağlı "Sitat.info"-ya şikayət ünvanlayıblar.
Bildiriblər ki, 100 nömrəli marşrutun sürücüsü qaydaları pozaraq, avtobusun içərisində siqaret çəkib.
Siqaret tüstüsündən narahat olan sərnişinlər bir neçə dəfə irad bildiriblər. Lakin sürücü məhəl qoymayıb, çəkməyə davam edib.
Sərnişinlərdən biri sürücünün siqaret çəkdiyi anın videosunu lentə alıb.
Sitat.info həmin görüntünü təqdim edir: