Dünyanın gözlədiyi görüş: Ərdoğan üç lideri Türkiyədə toplamaq istəyir

GÜNDƏM 02 iyun 2025, 23:35
"İstanbulda Rusiya və Ukrayna arasında keçirilmiş danışıqlardan sonra Türkiyə Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında sammitin təşkili təşəbbüsü ilə çıxış etməyi planlaşdırır".

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Mənim hər iki tərəf üçün ən böyük arzum Putin və Zelenskini İstanbulda, yaxud Ankarada bir araya gətirməkdir. Əgər onlar razılaşsalar, ABŞ Prezidenti Trampı da iştiraka cəlb etmək istərdim", - deyə o vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, administrasiyası belə bir görüşün təşkili üçün addımlar atacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top