BAMF yerli QHT-lərə dəstək məqsədilə yeni layihənin icrasına başlayıb

SOSİAL 04 iyun 2025, 15:21
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” adlı yeni layihənin icrasına başlayıb.

BAMF-dan Demokrat.az-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycan QHT-lərinin beynəlxalq səviyyədə təmsilçiliyini artırmaq, onların BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) məşvərətçi status əldə etmələrinə, BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin iş prinsiplərini öyrənmələrinə və müxtəlif istiqamətlərdə beynəlxalq hesabatlar hazırlamalarına dəstək olmaqdır.

Layihənin ilk mərhələsində iştirakçı QHT-lərin müəyyən edilməsi məqsədilə onlayn anket forması hazırlanıb və BAMF sorğuların iştirakçılıq səviyyəsini artırmaq üçün Milli QHT Forumu ilə əməkdaşlıq edir.

Sorğuda iştirak üçün bu linkdən istifadə etmək mümkündür. Sorğunu tamamlayaraq müraciət edən təşkilatların toplanmış məlumatları əsasında onların beynəlxalq platformalarda iştirak imkanları, layihənin məqsədlərinə uyğunluğu və ECOSOC-da məşvərətçi statusu əldə etmək potensialı qiymətləndiriləcək. Sorğunun yekununda seçilmiş 20 QHT nümayəndəsi layihə çərçivəsində təlimlərdə iştirak etmək hüququ qazanacaq. Təlimlərlə yanaşı ECOSOC-da statusa sahib olan yerli QHT-lərin rəhbərləri də layihə iştirakçıları ilə öz təcrübələrini bölüşəcəklər.

Layihənin sonunda isə təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq və növbəti layihələrdə də onların iştirakı və beynəlxalq təşkilatlara səfərləri nəzərdə tutulacaq.

Sorğunun son tamamlanma tarixi iyunun 20-sidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top