“Azərbaycanda çoxuşaqlı ailə anlayışının yenidən müəyyənləşdirilməsi ilə bağlı təkliflər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müzakirə olunub”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib.
Deputat deyib ki, hazırda yalnız 5 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur:

“Bu status onlara sosial müavinətlər, eləcə də erkən pensiya hüququ verir. Lakin təqdim edilən yeni təklifə əsasən, bu meyarın 3 və ya 4 uşağa endirilməsi nəzərdə tutulur. Təklifdə qeyd olunur ki, son dövrlərdə 5 və daha çox uşağı olan ailələrin sayı azalıb və bu səbəbdən də çoxuşaqlı ailə anlayışının yenilənməsi vacibdir. Əgər dəyişiklik qəbul olunarsa, 3 və ya 4 uşağı olan ailələr də bu statusu qazanacaq. Onlara sosial müavinətlərin ödənilməsi, həmçinin ana və ya atalarının pensiyaya daha tez çıxmaq hüququ veriləcək. Bu dəyişiklik həm “Əmək pensiyaları haqqında” qanuna, həm də “Sosial müavinətlər haqqında” qanuna əlavələr edilməklə tətbiq olunacaq. Aidiyyəti qurumlar tərəfindən maliyyə qiymətləndirmələri aparılır. Müzakirələr davam edir və məqsəd həm demoqrafik vəziyyəti dəstəkləmək, həm də ailələrin sosial rifahını artırmaqdır”.
Leyla Turan
Demokrat.az