"Uşaqların "TikTok"a girişinə qadağa qoyulması fikri ilə razıyam. Çünki orada olan informasiyalar uşaq psixologiyasına çox mənfi təsir göstərir. Təəssüf ki, bizdə daha çox valideynlər "TikTok"da olurlar. Uşaq da bu təcrübəni valideyndən götürür. Böyüklər tərbiyə edilməlidir ki, bu cür şeyləri özləri istifadə edərək uşaqları da aludəçi etməsinlər".
Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib.
Onun sözlərinə görə, uşaqların orta məktəbi bitirənə qədər onlar yalnız bir dostu olmalıdır, yalnız bir dəyərlə məşğul olmalıdırlar – bu, kitabdır:
"İnternetdə lüğətlərdən, xarici dərsliklərdən istifadə edə bilərlər. Əyləncə xarakterli məsələlərdən uzaqlaşdırmaq lazımdır uşaqları.Qəribədir ki, uşaqlar özlərini kiçik artistlər kimi aparırlar, istəyirlər insanları güldürsünlər, xoşagəlməz hərəkətlər edirlər ki, kimlərsə onlara baxıb gülsün. Burada televiziya kanallarının da rolu var. Elə proqramlar var ki, yumor adı ilə ölçülüb-biçilməmiş səhnələr verilir. Bu, uşaqların psixologiyasına mənfi təsir edir".
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov ölkədə uşaqların "TikTok" sosial şəbəkəsinə girişinə qadağa qoyulmasını təklif edib.
Cavidan Mirzəzadə
Demokrat.az