Azərbaycanda qurbanlıq qoyunların kəskin bahalaşması müşahidə olunur.
Demokrat.az xəbər verir ki, Bakı bazarlarında satışa çıxarılan qurbanlıq qoyunların qiyməti 300 manatdan başlayır. Ötən il isə bu rəqəm 180-230 manat arasında olub.
Qiymətləri öyrənmək üçün Bakının müxtəlif yerlərində araşdırma apardıq.
Yolumuzu ilk olaraq şəhərin Yasamal rayonu ərazisində "ətçilər" kimi tanınan qəssabxanalardan saldıq. Qəssabların sözlərinə görə, bu il satışa çıxarılan qurbanlıq qoyunların əksəriyyətinin qiyməti standartdır:
"Diri qoyunların qiyməti təxminən 300 manatdır. Amma bir çox adam qurbanlıq alarkən diri heyvana deyil, çəkiylə ətə üstünlük verir. Çəki ilə satılan qurbanlıq qoyun ətinin bir kilosunun qiyməti 21-22 manatdır. Əgər qoyunun çəkisi 15 kilodan artıq gələrsə, bir kilosunu alıcıya 19-20 manata təklif edirik".
Maştağa qəsəbəsində isə diri qurbanlıq qoyunların qiyməti mərkəzə nisbətdə daha yuxarıdır. Satıçılar diri qoyunların qiymətlərinin 350-400 manat arasında olduğunu bildirib:
"Qoyunların çəkisi də çoxdur, təxminən 25-30 kilo arasındadır. Çəki ilə isə qoyun ətini 20-21 manata satırıq. Bu gün 6 aylıq quzu ətinin qiyməti 22-23 manat arasındadır".
Qəssablar deyir ki, qurbanlıq alarkən əhalinin əksəriyyəti diri heyvana, imkansız əhali isə əsasən çəki ilə ət almağa üstünlük verir. (Qaynarinfo)