Komitə: Uşaqların adına kart açılmasına qadağa qoyulsun

GÜNDƏM 04 iyun 2025, 12:20
Azərbaycanda gündəlik olaraq uşaqların 75 faizi internetdən istifadə edir.

Demokrat.az report-a istinadla xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı sorğu nəticəsində üzə çıxıb.

Komitənin şöbə müdiri Elgün Səfərov "Uşaqların kibermühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət" mövzusunda keçirilən dəyirmi masada bildirib ki, respondentlərin 67 faizi valideynlərin internetlə bağlı uşaqlara heç bir məhdudiyyət qoymadığını bildirib:
"Uşaqların 45 faizdən çoxu gündə 5 saatdan çox internetdən istifadə edir. Bu, ciddi rəqəmdir. Uşaqlar xüsusilə sosial şəbəkələr vasitəsilə zərərli informasiyaların, hətta insan alverinin qurbanına çevrilə bilərlər".

O qeyd edib ki, bəzi özəl şirkətlər yetkinlik yaşına çatmayan şəxsləri onlayn kazinolara və s. cəlb edirlər. Beləliklə, onların vasitəsilə insanların bank kartlarına müdaxilə edirlər.

"Hətta bəzi banklar 7-8 yaşlı uşaqların adına bank kartlarının açılması ilə bağlı xidmətlər təklif edirlər. Komitə olaraq müraciət edəcəyik ki, Azərbaycandakı kommersiya bankları 14 yaşından aşağı uşaqlar üçün maliyyə hesabları aça bilməsinlər. Bu, qanunvericiliklə tənzimlənməlidir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top