Hacıqabulda ”5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd edildi.
05 iyun 2025-ci il tarixində Hacıqabul rayonunda ”5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd edildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul işçiləri, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi iştirak edirdi.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin xatirəsinə ucalan abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi rəhbərə öz ehtiramlarını bildirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Dövlət Su Ehtiyatları Agentliyinin kollektivini ”5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzuladı.
Heydər Əliyev Mərkəzidə davam edən tədbirdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Dövlət Su Ehtiyatları Agentliyi Tabeliyində Regional Su Meliorasiya Xidməti PHŞ-nin Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Səyavuş Məmmədov, Rayon Ağsaqqallar şurasının sədri Sahib Aslanov çıxış edərək kollektivi təbrik etdilər, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzuladılar. Sonda əmək fəaliyyəti ilə fərqlənən bir qrup işçi fəxri fərmanla təltif edildi.