"Hökumə Əliyevanın təyyarə qəzasında həlak olduğu Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı ərazini ziyarət etmək istəyirik. Ziyarətlə bağlı heç bir quruma müraciət etməmişik. Bunu öz imkanlarımız hesabına reallaşdıracağıq".
Demokrat.az xəbər verir ki, bu sözləri "Teleqraf"a Milli Qəhrəman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli deyib.
Hadisə baş verən gündən indiyədək sözügedən əraziyə getmədiklərini söyləyən C.Nəsibli deyib:
"Ziyarət tariximiz hələ ki bilinmir. Onu deyə bilərəm ki, ilk fürsətdə həmin əraziyə gedəcəyik. Bunu planlaşdırırıq. Ziyarətdə yalnız Hökumənin yaxınları, ailə üzvləri iştirak edəcəklər".
Xatırladaq ki, Hökumə Əliyeva ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə o, "Azərbaycanın Milli Qəhrəmanı" adına və "Qızıl Ulduz" medalına layiq görülüb.