Əli Əsədov Düşənbəyə işgüzar səfər edib

XARİCİ SİYASƏT 04 iyun 2025, 14:47
İyunun 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Tacikistan Respublikasının Baş naziri Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfər edib.

Bu barədə Demokrat.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Düşənbə beynəlxalq hava limanında Ə.Əsədovu Tacikistan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top