Banqladeş dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

XARİCİ SİYASƏT 04 iyun 2025, 19:17
Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Demokrat.az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Əlamətdar bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Azərbaycanın müstəqilliyinin qürurla qeyd olunduğu bu gün həm də ölkələrimiz arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrini bir daha təsdiqləmək üçün yaxşı fürsətdir.

Bu əlamətdar gündə xalqlarımızın davamlı rifahı naminə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımızı dərinləşdirməyə sadiqliyimizi bir daha bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top