“Əsl bombanı partlatmaq vaxtıdır!” — Mask

DÜNYA 06 iyun 2025, 09:07
Amerikalı sahibkar İlon Mask aralarında gərginlik yaranan ABŞ Prezidenti Donald Trampın adının insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan milyarder Cefri Epşteyn işi ilə bağlı sənədlərdə çəkildiyini açıqlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə amerikalı milyarder sahibi olduğu “X” sosial şəbəkəsində yazıb.

“Əsl bombanı partlatmaq vaxtıdır: Tramp Epşteyn işinin fayllarında var. Məhz buna görə onlar ictimaiyyətə açıqlanmayıb. Xeyirli olsun!”, – o vurğulayıb.

Trampın nümayəndələri hələlik Maskın bəyanatını şərh etməyiblər.

Qeyd edək ki, Cefri Epşteyn 2019-cu ildə cinsi istismar məqsədilə yetkinlik yaşına çatmayanların alverini təşkil etməkdə ittiham olunaraq həbs edilib. Elə həmin il həbsxanada intihar edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top