Türkiyədə satdığı buzovun hücumuna məruz qalaraq yaralanan iş adamı İbrahim Külahlı müalicə aldığı xəstəxanada 3 gün sonra dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, hadisə iyunun 2-də mal-qara emalı müəssisəsində baş verib. Manisa Ticarət Birjası Şurasının üzvü və restoran sahibi İbrahim Külahlı Qurban bayramı münasibətilə fermasında olan buzovlardan birini satıb.
Müştərinin istəyi ilə satdığı buzovun fotosunu çəkmək istəyən Külahlı heyvanın hücumuna məruz qalıb. Külahlı baldır, ayaq, qabırğa və dalağından xəsarətlər alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq İbrahim Külahlı bu gün günorta saatlarında həyatını itirib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Əfsanə Kamal
Demokrat.az