Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşüb — FOTOLAR

XARİCİ SİYASƏT 04 iyun 2025, 12:22
Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri Akihisa Naqaşima ilə görüşüb.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Yaponiya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri və birgə layihələr müzakirə olunub.

Baş nazirin müşaviri Akihisa Naqaşima ölkələrimizin energetika, neft-qaz sahələrində əməkdaşlığının yüksək templə inkişaf etdiyini, bərpaolunan enerji sahəsində əməkdaşlığın böyük perspektivlərinin olduğunu deyib. O, Azərbaycanın Osakada keçirilən “Ekspo 2025”də fəal iştirakına görə təşəkkür edib, sərgidəki milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirdiyini bildirib.

Anar Ələkbərov Azərbaycan Prezidentinin Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib, müxtəlif sahələrdə əməkdaşlıq üçün ölkələrimizin geniş potensialının olduğunu qeyd edib. O, işğaldan azad olunan bölgələrdə aparılan bərpa-quruculuq işlərindən söz açaraq, yapon şirkətlərini də bu layihələrdə fəal iştiraka dəvət edib.

Xalqlarımız arasında dostluğun dərinləşdirilməsi istiqamətində humanitar-mədəni tədbirlərin əhəmiyyəti vurğulanıb, o cümlədən paytaxt Tokioda və Osakada Azərbaycan milli gününün keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycan milli pavilyonunun builki dünya sərgisinin ən çox ziyarət edilənlər sırasında olduğu və “Osaka 2025” sərgisinin ən gözəl 10 pavilyonu sırasına daxil edildiyi bildirilib.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top