Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib. Görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər. Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.
Bununla bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlama verib.
O deyib ki, Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələrinin görüşü hər iki ölkənin sülhə doğru atdığı mühüm humanitar addım kimi qiymətləndirilir:
“Bu cür təmaslar intensiv xarakter almalı, daha geniş məlumat mübadiləsi həyata keçirilməlidir. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın 4 minə yaxın vətəndaşı itkin düşmüş kimi qeydə alınıb. Hazırda azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri zamanı insan qalıqları aşkarlanır və onların kimliyinin müəyyənləşdirilməsi üçün çətin, lakin zəruri bir proses aparılır. Kimlik müəyyən olunduqdan sonra isə dəfn mərasimləri bütün qaydalara uyğun şəkildə həyata keçirilir. Ermənistanın təqdim etmədiyi mina xəritələri ilə yanaşı, itkin düşmüş şəxslərin dəqiq dəfn olunduğu yerlərin koordinatları da vacibdir. Bu cür görüşlər, məhz həmin məlumatların əldə olunması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu prosesi təkcə humanitar səviyyədə deyil, daha geniş hüquqi, tibbi, texniki və digər sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə həyata keçirmək lazımdır. Məqsəd bütün itkinlərin taleyini müəyyənləşdirmək və qalıqlarını taparaq ailələrinə təhvil verməkdir”.
Leyla Turan
Demokrat.az