Paraqvay Prezidenti İlham Əliyevi təbrik etdi

XARİCİ SİYASƏT 04 iyun 2025, 14:52
Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Demokrat.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

28 May – Müstəqillik Günü münasibətilə Sizə Paraqvay Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar bayram münasibətilə qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və rifah arzularımı ifadə edir, eyni zamanda Paraqvay Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daim möhkəmlənməsini diləyirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bir daha bildirirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top