Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək

XARİCİ SİYASƏT 06 iyun 2025, 09:56
QMİ sədri yeni Roma Papası ilə görüşəcək.

Demokrat.az
"Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqal Şurasının Vatikanda görüşü planlaşdırılır:

"Vatikanda Roma Papası Robert Frensis Prevostlə də görüşümüz nəzərdə tutulub. Ümidvadam ki, digər Roma papaları kimi o da yaxın zamanlarda Azərbaycana səfər edəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top