"ƏDV geri al" proqramında əsas hədəflərdən biri vətəndaşları daha çox nağdsız hesablaşmalara üstünlük verməyə həvəsləndirmək idi. Lakin təəssüflər olsun ki, həmişə yeni addımlar atıldıqdan bir qədər sonra onun altında hansı boşluqlara yol verildiyi üzə çıxır".
Bunu Demokrat.az-a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. O bildirib ki, ƏDV-nin geri qaytarılmasındakı ünvansızlıq bu boşluqlardan biridir:

Təbii ki, ƏDV üzrə geri qaytarılmalı olan vəsait onun sahibinə çatmalıdır. Təcrübə göstərir ki, bəzi hallarda alıcıların bilgisizliyindən və ya biganəliyindən istifadə edən satıcılar ƏDV-nin geri qaytarılması üçün əsas sayılan çekləri alıcılara vermir və bunun əvəzində həmin vəsaiti özününküləşdirirlər. Bu nə məntiqə, nə də ədalətə sığan bir məsələdir. O səbəbdən ƏDV-nin geri ödənişindəki dəyişiklik tam doğrudur".
Xatırladaq ki, ƏDV-nin geri qaytarılması zamanı vətəndaşın aylıq gəlirinə görə məhdudiyyət qoyulması narazılıqlara səbəb olmuşdu. Bəziləri bu addımı məntiqsiz hesab edirdilər.
Cavidan Mirzəzadə
Demokrat.az