Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən may ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.
DİM-dən Demokrat.az-a bildirilib ki, may ayında keçirilmiş imtahanlarda 160 min 22 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 1 milyon 746 min 966 olub. May ayı ərzində 5764 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 346 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 19 min 662, elektron poçt vasitəsilə 2600-dən artıq, sosial şəbəkələr vasitəsilə 3000-dən artıq müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 9309 olub. Abituriyent məsləhət mərkəzlərinə 2150 müraciət daxil olub.