Kəlbəcərdə bədbəxt hadisə baş verib.
Demokrat.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Murovdağ silsiləsi adlanan ərazidə qeydə alınıb. Belə ki, Kəlbəcər rayonunun Çaykənd kənd sakini 1989-cu il təvəllüdlü X. Ömərov sözügedən dağ silsiləsindən ehtiyatsızlıqdan yıxılıb. Ağır xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun sağ ayağının ombadan sınığı diaqnozu qoyulub. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.