Gender bərabərliyinin ən mühüm elementlərindən biri də sahibkarlığın inkişafında qadınların rolu ilə bağlıdır. İri sahibkarlar arasında qadın yoxdur.
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlmasında deyib ki, qadınların Azərbaycanda sahibkarlıqda nisbətən az təmsil olunmasının bir neçə əsas səbəbi var:
“Azərbaycan cəmiyyətində qadının əsas rolu hələ də ailə və analıq funksiyası ilə sıx bağlıdır. Bu, qadının iş həyatına tam gücü ilə qatılmasına və ya sahibkarlıq kimi zaman və enerji tələb edən fəaliyyətə başlamağına mane olur. Sahibkarlıq riski və qeyri-müəyyənliyi sevən insanların sahəsidir. Qadınlar isə, daha çox sabit və sosial təminatlı işlərə üstünlük verirlər. Bu, onların təhlükəsizliyə daha çox önəm verməsi ilə bağlıdır. Doğrudur, ölkədə qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına hüquqi bir maneə yoxdur. Əksinə, bəzi sahələrdə qadınlara güzəştlər və təşviqlər də verilir. Amma bu təşviqlər real həyatın çətinliklərini həmişə aradan qaldıra bilmir”.
İqtisadçı əlavə edib ki, cəmiyyətdə sahibkar deyəndə ağıla daha çox kişi gəlir:
“Bu, həm qadınların özünə inamını azaldır, həm də ailə və ətraf tərəfindən onların təşəbbüskar olmasına bəzən soyuq münasibət yaradılır. Uşaq baxımı, iş və ailə həyatının uyğunlaşdırılması üçün sistemli dəstəklərin olmaması qadınların iş dünyasına atılmasını çətinləşdirir. Çox qadın, ya iş, ya ailə dilemması ilə üzləşir. Nəticə etibarilə, bu məsələnin həlli üçün qadınlara risk almağa və təşəbbüskarlığa ruhlandıran sosial dəstək, motivasiya və real imkanlar təqdim edilməlidir”.
Leyla Turan
Demokrat.az