Pensiyalarla bağlı yenilik: Bu şəxslər gələcəkdə əlavə təminat ala biləcək

GÜNDƏM 15 sentyabr 2025, 14:35
"Azərbaycanda pensiya təminatı ilə bağlı yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur. Dövlətin mövcud pensiya fondu məcburi xarakter daşısa da, yaradılacaq özəl pensiya fondları könüllü olacaq. Vətəndaş maaşının müəyyən hissəsini bu fondlara yönəldərək gələcəkdə əlavə təminat əldə edə biləcək". 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xaliq Kərimli deyib.

O, bildirib ki, bu sistem mövcud pensiya mexanizmini əvəz etmir, sadəcə əlavə seçim yaradır:

"Özəl fondların üstünlüklərindən biri daha çevik imkanlar təqdim etməsidir. Vətəndaşlar pensiya yaşına çatmadan da müəyyən şərtlərlə vəsaitlərini götürə biləcək, həmçinin vəfat halında yığılan məbləğ varislərə keçəcək. Bu, dövlət pensiyasından fərqli olaraq, şəxsi yığımların qorunmasını təmin edir".

Ekspert bildirib ki, fondlar həmçinin kapital bazarının inkişafına töhfə verəcək:

"Çünki yığılan vəsaitlər investisiya olunaraq artırılacaq və vətəndaşın gəlirlərinə əlavə olunacaq. Beləliklə, həm fərdi maliyyə sabitliyi güclənəcək, həm də ölkə iqtisadiyyatına əlavə maliyyə resursu cəlb ediləcək".

Onun sözlərinə görə, əlavə olaraq, işəgötürənlər də özəl pensiya fondlarını sosial paket kimi təqdim edə bilər:

"Bu, xarici təcrübədə yaxşı işçiləri saxlamağın bir vasitəsi kimi istifadə olunur. Azərbaycanda da bu praktikanın tətbiqi işçi motivasiyasını artırmaqla yanaşı, insanların gələcək pensiya təminatına da töhfə verə bilər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2025, 14:07
Top