Türkiyədə məhkəmə müxalif DEVA partiyasının qurucusu Metin Gürcanı casusluqda ittiham edərək 16 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Demokrat.az bu barədə Türkiyənin TRT Haber telekanalına istinadən xəbər verir.
Gürcan Türkiyənin Suriya , İraq və Liviyadakı hərbi əməliyyatları , həmçinin Türkiyə pilotsuz təyyarələrinin inkişafı və qoşunların hərəkəti ilə bağlı məxfi məlumatları xarici diplomatlara ötürməkdə təqsirli bilinib. Gürcanla bağlı iş 2021-ci ildə İstanbulda saxlanıldığı zaman başlayıb. 2022-ci ildə girov müqabilində azadlığa buraxılıb, lakin məhkəmə bir neçə il davam edib.
İttiham tərəfinin iddiasına görə, Gürcan mütəmadi olaraq məxfi məlumatları, o cümlədən hərbi müşahidə məntəqələri və Türkiyənin xarici siyasətinə dair görüşlər barədə məlumatları ödəniş müqabilində xaricilərə ötürüb.
O, özü təqsirli olduğunu rədd edərək, yalnız açıq mənbələrdən istifadə etdiyini və milli təhlükəsizliyə təhlükə törətmədiyini iddia edib. DEVA partiyası Gürcanın çoxdan öz sıralarını tərk etdiyini və cəzanı onların fəaliyyəti ilə əlaqələndirmək cəhdlərinin qara təbliğat olduğunu bildirib.
Əfsanə Kamal
Demokrat.az