Elə bilirlər “TikTok”u bağlasaq, hər şey düzələcək — Deputat

GÜNDƏM 05 iyun 2025, 13:51
“Bəziləri elə düşünür ki, "TikTok"u bağlasaq, hər şey düzələcək və bütün günah "TikTok"dadır. Hansısa sosial şəbəkəni bağlamaq çıxış yolu deyil. Biz bağlamaq barədə yox, o şəbəkədən öz maraqlarımız naminə necə istifadə edə bilərik deyə düşünməliyik”. 

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, biz cəmiyyəti qorumalıyıq, tərbiyəsinə, əxlaqına fikir verməliyik:



“Bu gün kimsə düşünürsə ki, "TikTok"u bağlasaq insanlarımızın davranışları dəyişəcək, cəmiyyətin əxlaqı ən yüksək səviyyəyə qalxacaq, səhvdir. Günah "TikTok"da deyil. Bunun üçün sistemli, ciddi bir iş aparmalıyıq. Reytinq naminə yazılar yazırlar ki, "TikTok" bağlanacaq və s. Yanaşma belə olmalı deyil”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top