İrəvanın Komitas prospektində maskalı şəxslər əcnəbiyə hücum edərək onun qızını qaçırıblar.
Musavat.com erməni mediasına istinadən bildirir ki, hadisə yerinə İrəvan Cinayət Axtarış İdarəsinin və Ərəbkir rayon Polis Şöbəsinin əməkdaşları gəlib.
Zəng edən şəxslə ətraflı söhbətdən sonra tezliklə təsdiqlənən versiya irəli sürülüb. Həmin versiyaya görə, qızı hazırkı əri və daha iki nəfərlə birlikdə bioloji anası qaçırıb. Üstəlik, uşağın anası da İrəvanda məskunlaşmış əcnəbidir və qaçıranların uşaqla birlikdə dövlət sərhədini keçəcəyinə dair şübhələr olub.
Ərazi polis idarələri arasında əməkdaşlıq tezliklə nəticə verib. Noyemberyan polis idarəsinin əməkdaşları Baqrataşen keçid məntəqəsində uşağın anasını, ərini və digər əcnəbini saxlayıblar. Qaçırılan qız da onların yanında olub.
Onların hamısı İrəvan Kriminal Polis İdarəsinə aparılıb. Hazırlanmış sənədlər Ərəbkir rayon İstintaq Şöbəsinə təqdim edilib. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Faktla bağlı ilkin araşdırma aparılır.