Alimlər Yer kürəsindən 13 milyon işıq ili uzaqlıqda yerləşən neytron ulduzunun fövqəladə parıltısını qeydə alıblar. Bu hadisə cəmi 0,16 saniyə davam etsə də, onun buraxdığı enerji Günəşin 100 min illik istehsalına bərabər olub.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Farmingdale Observer" portalı məlumat yayıb.
Bildirilir ki, hadisənin mənbəyi - maqnetar (maqnit ulduzlar) adlanan neytron ulduzudur. Bu obyektlər kainatda ən güclü maqnit sahəsinə malik göy cisimlərindən sayılır. Onların maqnit sahəsi digər neytron ulduzlarından min dəfə güclü ola bilər.
"Maqnetar sanki kosmosda varlığını bildirmək üçün milyardlarla Günəş gücündə "qışqırıb", sonra isə dərhal susub", - deyə İspaniyanın Əndəlus bölgəsindəki Astrofizika İnstitutunun tədqiqatçısı Alberto X.Kastro-Tirado bildirib.
Fövqəladə enerji buraxımı "Sculptor" qalaktikasında baş verib. Hadisə Beynəlxalq Kosmik Stansiyada yerləşdirilmiş ASIM (Atmosphere-Space Interactions Monitor) cihazı vasitəsilə qeydə alınıb. Cihazın ötürdüyü məlumatlar əsasında alimlər bu nadir hadisəni dörd fazaya bölərək öyrəniblər.
Alimlərin sözlərinə görə, bu partlayış indiyə qədər qeydə alınmış ən uzaq maqnetar partlayışı sayılır.
Hazırda kainatda 3 minə yaxın neytron ulduzu məlumdur, amma onların cəmi 30-a qədəri maqnetar kimi tanınıb.
Tədqiqatçılar ehtimal edirlər ki, bu tip partlayışlara "ulduz zəlzələləri" səbəb ola bilər - maqnetarların elastik səthində baş verən bu qeyri-sabitliklər nəhəng enerji boşalmalarına yol açır.