"Kristal" yeniləndi: Yeni ad, yeni loqotip, yeni yanaşma (VİDEO)

GÜNDƏM 31 may 2025, 20:14

Mayın 31-də Gülüstan sarayında Azərbaycanın aparıcı tikinti şirkətlərindən olan "Kristal" brendinin rebrendinq tədbiri keçirilib.

Tədbirdə şirkətin yeni loqotipi, vizual kimliyi, rəqəmsal platformaları və gələcək hədəfləri ictimaiyyətə təqdim olunur. Rebrendinq "Kristal"ın uzun illər əsas tutduğu "insan amili"ni artıq brendin vizual və kommunikasiya strategiyalarında da ön plana çıxarmağı hədəfləyir. Bu, şirkətin yanaşma tərzində mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

"Kristal" yeni mərhələdə yalnız vizual imicini deyil, həmçinin fəaliyyət strategiyasını da yeniləyir. Şirkət yaxın zamanlarda yeni şəhərlərdə fəaliyyətini genişləndirməyi, yeni yaşayış konseptləri ilə çıxış etməyi və müştəri təcrübəsini rəqəmsal mühitdə daha əlçatan və funksional etmək məqsədilə yeni vebsayt və mobil tətbiq təqdim etməyi planlaşdırır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 iyun 2025, 08:50
Top