Nazir xaricə göndərilən gənclərin qayıtmasından danışdı

SOSİAL 02 iyun 2025, 09:00
“Elm sahəsinə uzun müddət yetərli qədər investisiyanın qoyulmaması nəticəsində xüsusilə gənclərin elmi fəaliyyətlərdə iştirakı arzuolunan səviyyədə deyil”.

Demokrat.az-ın məlumatına görə, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş “AMEA-da Qarabağnamə ənənəsi və müasir dövr” adlı elmi konfransda çıxışı zamanı səsləndirib.

Nazir qeyd edib ki, hazırda ali təhsil və elm bir-birindən ayrı görülmür:

“Ali təhsilin olması üçün mütləq elm olmalıdır. Elm tədris prosesinin əsasını təşkil edir”.

Emin Əmrullayev əlavə edib ki, 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə nazirliyin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb və müəyyən elmi-tədqiqat institutları nazirliyin tabeliyinə verilib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda elmi tədqiqatların sayı ötən illə müqayisədə iki dəfədən çox artıb: “İnanıram ki, bu say daha da artacaq. Eyni zamanda, “Xaricdə təhsil” proqramı çərçivəsində hər il ölkədən kənara göndərilən gənclərin vətənə qayıtması nəticəsində mühüm elmi uğurların şahidi olacağıq”. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 iyun 2025, 21:34
Top