Aqrar Universitetdə yaz semestrinin imtahan sessiyası başlayıb — FOTOLAR

SOSİAL 03 iyun 2025, 15:19
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası start götürüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsi test üsulu ilə kompüterdə, yazılı və hesabat formalarında təşkil olunur.

İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə yaradılan İmtahan Qərargahı və Apelyasiya Komissiyası sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, eləcə də Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

Rəhbərliyin nəzarəti altında keçiriləcək sessiyada bütün imtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun reallaşdırılması, nizam-intizamın yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb. Tələbələr imtahanqabağı məsləhət saatlarının təşkili, eyni zamanda, imtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyasına müraciət qaydaları haqda ətraflı məlumatlandırılıblar.

İmtahan müddətində universitetin Əsaslı kitabxanası və oxu salonu saat 08:30-dan 19:00-dək xüsusi qrafik əsasında işləyəcək.

Qeyd edək ki, imtahan sessiyası iyunun 5-də yekunlaşacaq.

















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyun 2025, 09:22
Top